Unibank Premyer Liqasının XXVI-cı turunda "İnter” səfərdə "Xəzər Lənkaran” komandası ilə qarşılaşırdı.Dörd gün öncə bu komandalar Azərbaycan Kubokunun ¼ final mərhələsində qarşılaşmış və iki oyunun nəticəsinə görə yarımfinala "İnter” adlamışdı.Məhz buna görə "Xəzər Lənkaran” komandasının çempionat oyunununa qisas hissi ilə çıxacağı gözlənilirdi.Lənkaran Mərkəzi Şəhər Stadionunun meydançasına "İnter” 5-4-1 taktiki düzülüşlə çıxmışdı.Qapını Georgi Lomaya qoruyurdu.Müdafiə xəttində Arif Daşdəmirov,Petar Xrappan,Vladimir Levin,Valeri Abramidze və Əziz Quliyev qərarlaşmışdılar.Yarımmüdafiəni Nizami Hacıyev,Bronislav Çervenko,İbrahima Niasse və Asif Məmmədova həvalə edən Kaxaber Tsxadadze hücumda Baçana Tsxadadzeyə güvənmişdi. Oyun gözlənilən kimi "Xəzər Lənkaran” komandasının hücumları ilə başladı.Topa daha çox nəzarət edən ev sahibi "bankirlər”in qapısı qarşısında ciddi təhlükə yarada bilmirdi.Buna baxmayaraq ilk 10 dəqiqə ərzində Branimir Şubasiç və Robert Alviz uzaqdan vurulan zərbələr ilə Georgi Lomayanı oyuna qoşmuşdular.Qarşılaşmanın 11-ci dəqiqəsində oyunun baş hakimi Elçin Məmmədov diqqət mərkəzinə düşdü.O,adı oyun epizodunda Əziz Quliyevi sarı vərəqə ilə cəzalandırmaqla hamını təəccübləndirdi.Bu epizoddan sonra "Xəzər Lənkaran” daha bir hücum təşkil edir və Rahid Əmirquliyevin zərbəsinin qarşısını Georgi Lomaya alır.Qarşılaşmanın 28-ci dəqiqəsində Elçin Məmmədov verdiyi anlaşılamaz qərarla meydandakıları biri birinə vurdu.Valeri Abramidzeyə qarşı edilən kobudluğa görə gürcü müdafiəçi yerdə qalıb ağrıdan ayağa qalxa bilməsədə Elçin Məmmədov həkimlərin meydana daxil olmasına icazə verməyib futbolşular arasında yaranan qarşıdurmaya baiskar oldu.Qarşıdurma yaranandan sonra Elçin Məmmədov həkimləri meydana daxil olmasına icazə verib cərimə zərbəsi təyin etmək əvəzinə "ağ-yaşıllar”ın lehinə aut qərarı verib Valeri Abramidzeni sarı vərəqə ilə cəzalandırdı.Ümumiyyətlə Elçin Məmmədovun yalnış qərarları "bankirlər”in əsəblərini tarıma çəkmiş və belə bir vəziyyətdə futbolçuların oyun qurması heç cürə alınmırdı.Meydan sahibləri isə ərazi üstünlüyünə yiyələnsələrdə bunu hesabda əks etdirə bilmirdilər və 41-ci dəqiqədə Elçin Məmmədovun yalnış qərarından sonra "Xəzər Lənkaran” hesabı açdı.Adrian Pitsin yerinə yetirdiyi cərimə zərbəsi zamanı "İnter”in cərimə meydançasında Əziz Quliyev rəqibə qarşı kobudluq etməsədə Elçin Məmmədov qonaqların qapısına 11 metrlik cərimə zərbəsi təyin etməklə Əziz Quliyevə ikinci sarı,ardınca qırmızı vərəqə göstərib "bankirlər”i azlıqda qoydu.Nöqtəyə yaxınlaşan Katalin Doman dəqiq zərbə ilə hesabı açıb ilk hissənin yekun hesabını rəsmiləşdirdi. İkinci hissəyə "İnter” aktiv başlayır və hissənin ilk təhlükəsi "bankirlər”dən gəlir.İbrahima Niassenin zərbəsinin qarşısını Kamran Ağayev alır.Ərazi üstünlüyünə yiyələnən "İnter” rəqibi üzərində təztiqi artırıb hesabı bərabərləşdirmək istəsədə meydan sahiblərinin müdafiə xətti etibarlı oyun nümayiş etdirib buna imkan vermirdi.Bir neçə dəfə Kamran Ağayevi oyuna qoşan qonaqlar 61-ci dəqiqədə ikinci topu qapılarında görə bilərdilər.Adrian Pitsin gözəl zərbə ilə doqquzluğa göndərdiyi topun qarşısını Georgi Lomaya inanılmaz reaksiya ilə aldı.Əvəzetmələrdən oyuna daxil olan Petar Zlatinov və Girts Karlsons komandalarını oyununda canlanma yaratsalarda qurulan hücumlarda son nöqtəni qoyan tapılmırdı.Qarşılaşmanın 74-cü dəqiqəsində Stefan Bates əlləoyuna görə ikinci sarı və ardınca qırmızı vərəqə ilə meydandan qovulandan sonra oyun tam "İnter”in nəzarəti altına keçir.Lakin bu dəfə də Elçin Məmmədov qarşılaşmaya öz damğasını vurur.Bütün qarşılaşma ərzində "bankirlərə” əl-qol açmağa imkan verməyən baş hakim 85-ci dəqiqədə vəziyyəti düzgün dəyərləndirməyib Valeri Abramidzenin etirazına tuş gəlir qarşılaşmanı bərbad idarə edən Elçin Məmmədov gürcü müdafiəçini ikinci sarı,ardınca qırmızı vərəqə ilə meydandan qovur.Meydanda doqquz nəfərlə mübarizə aparan "bankirlər” bir neçə təhlükəli epizod yaratsalarda uzatma dəqiqələrində Eder Bofim komandasının ikinci qolunu vurur.Robert Alvijin ötürməsindən sonra Eder Bofim açıq-aydın oyundan kənar vəziyyətdə olsa dahakimlər buna göz yumur və qapıçı ilə üz-üzə qalan Bofim omandasının ikinci qolunu vurub qələbədə pay sahibi olur.