Главная » 2012 » Mart » 25 » «İnter» Lənkəranda 4-gün qalmalı olacaq
23:20
«İnter» Lənkəranda 4-gün qalmalı olacaq
"Xəzər Lənkəran” komandası Azərbaycan kubokunun ¼ final mərhələsinin cavab oyununda "İnter” klubunu martın 28-də "Fırtınalar meydanı”nda qəbul edəcək. Bu oyundan düz üç gün sonra Premyer Liqanın XXVI turunda yenidən eyni arenada aprelin 1-də komandamız "İnter”lə qarşılaşacaq. Bu isə o deməkdir ki, paytaxt təmsilçisi martın 27-də Lənkərana yollanaraq yəqin ki, 4-gün ərzində cənub şəhərində qalmalı olacaq. Martın 27-də oyun öncəsi son məşqinə çıxacaq "İnter” komandası bir gün sonrakı oyundan sonra da Lənkəranda məşqlərini davam etdirərək aprelin 1-dəki oyuna hazırlaşacaq. Deməli futbolsevərlər bir neçə gün ərzində həm "Xəzər Lənkəran”ın həm də "İnter”in məşqlərini izləmək imkanı qazanacaqlar.