Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçirilib.Baş tutan 4 cavab qarşılaşmasından sonra kubokun yarımfinalçıları müəyyənləşib. Günün mərkəzi qarşılaşması isə Lənkəranda baş tutub. Burada yerli "Xəzər Lənkəran" klubu paytaxtın "İnter" komandasını sınağa çəkib. Səfərdə rəqibinə 2:3 hesabı ilə uduzan "Xəzər Lənkəran" doğma azarkeşləri önündə həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaqdı. Lakin bu görüşdə qalib müəyyənləşməyib - 1:1. "İnter" ilk görüşdəki üstünlüyünü qorumaqla növbəti mərhələyə adlayıb. 28 mart (çərşənbə)
Azərbaycan kuboku, 1/4 final mərhələsinin cavab görüşləri
18:00. "Xəzər Lənkəran" - "İnter" (ilk oyun - 2:3) - 1:1 Qollar: Baçana Sxadadze, 29 (0:1), Randal Brenes, 82 (1:1) Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, İlham Əliyev, Elvin Əsgərov Lənkəran şəhər stadionu.
"Xəzər Lənkəran”: 1. Kamran Ağayev, 2. Elnur Allahverdiyev, 6. Roberto Alviz, 8. Eder Bonfim, 11. Andrei Mureşan, 14. Rahid Əmirquliyev (k), 15. Sadio Tounkara, 16. Adrian Pit, 21. Radomir Todorov, 30. Rendal Brenes, 81. Rikardo Qomes
"İnter”: 1. Georgi Lomaya, 4. Valeri Abramidze, 6. Samir Zərgərov, 8. Nizami Hacıyev, 13. Bronislav Çervenka, 15. Vladimir Levin (k), 18. İlia Kandelaki, 21. Arif Daşdəmirov, 22. Peter Chrappan, 25. İbrahima Niasse, 28. Baçana Sxadadze
|