Dünən Milli parkda yerləşən "Yaxt klub"da Unibank Premyer Liqasının qaliblərinin mükafatlandırılma mərasimi keçirildi.Tədbirdə yüksək liqa ilə bərabər birinci divizion komandaları da mükafatlarını aldılar.Mükafatlandırma mərasimi açıq elan olunandan sonra çıxış üçün söz AFFA-nın prezidenti Rövnəq Abdullayeva verildi.O,tədbirə gələn qonqlara Azərbaycan futbolu haqqında ümumi məlumat verəndən sonra medalları təqdimrtmə mərasimi başladı.Birinci divizion komandalarının rəhbərləri və kapitanları mükafatlarına qovuşandan sonra Unibank Premyer Liqasının ən yaxçı hakimləri də mükafatlandırıldılar.Sonda Unibank Premyer Liqasının qalibləri: "Qarabağ"komandası bürünc,"Bakı" komandası gümüş və Azərbaycan çempionu "İnter" komandasına qızıl medallar təqdim olundu.
Bundan əlavə tədbirdə Unibank Premyer Liqasının "ən yaxşılar"ı da mükafatlarına qovuşdular.Bunlar:
1.Ən yaxşı qapıçı - Fərhad Vəliyev (Qarabağ) 2.Ən yaxşı müdafiəçi - Maksim Medvedev (Qarabağ) 3.Ən yaxşı yarımmüdafiəçi - Aleksandr Şoliç (Bakı) 4.Ən yaxşı hücumçu - Fərid Quliyev (Standart) 5.Ən yaxşı bombardir - Fərid Quliyev (Standart) 6.Ən yaxşı yerli futbolçu - Rəşad Sadıqov (Qarabağ) 7.Ən yaxşı əcnəbi futbolçu - Jaba (Bakı) 8.Ən yaxşı gənc futbolçu - araz Abdullayev (Neftçi) 9.Ən yaxşı baş məşqçi - Ramiz Məmmədov (Qəbələ).
|