Unibank Premyer Liqasının VII-cu turunun daha iki oyunu keçirildi.Gəncə şəhər stadionunda "Gəncə” və "İnter” komandaları qarşılaşırdılar.Qarşılaşma "Gəncə” komandasının hücumları ilə başladı.”Gəncəli”lər ilk hücumdaca hesabı aça bilərdilər.Sol cinahdan qurulan hücum zamanı "Gəncə” komandasının futbolçusu "İnter” komandasının cərimə meydançasına ötürmə etdi.Ceyhun Sultanovun başla zərbəzindən sonra qapıya gedən topun qarşısını Dmitri Kramarenko aldı.Bu epizoddan bir neçə dəqiqə sonra Junivan Suares hesabı açmağa borclu idi.O,Dmitri Kramarenko ilə tək bə tək qalsa da təcrübəli əlcək sahibi qola imkan vermədi.Bundan dərhal sonra "bankir”lər ard-arda iki hücum qurdular.Lakin hər iki hücum zamanı "Gəncə” komandasının cərimə eydançasına göndərilən topun qarşısını müdafiəçilər ala bildilər.Qarşılaşmanın bu dəqiqələrində oyun "Gəncə” komandasının ərazi üstünlüyü şəraitində gedir,”İnter” komandasının futbolçuları isə əksinə ötürmələrdə səhv edir və hücum qurmağa çətinlik çəkirdilər.Oyunun 18-ci dəqiqəsində Junivan Suaresin uzaqdan vurduğu zərbə qapının yanından keçir.Bu epizodun ardından Ceyhun Sultanov uzaq məsafədən "İnter” komandasının qapısına daha bir zərbə endirir.Dmitri Kramarenko topu qaytarsada qayıdan topu Junivan Suares qapıdan keçirtdir.Lakin bu epizodda yan xətt hakimi bayrağını qaldırıb Junivan Saresin oyundan kənar vəziyyətdə olduğunu bildirdi və vurulan qol qeydə alınmadı.Bundan iki dəqiqə sonra Xəyal Mustafayev sağ cinahla irəliləyib topu "İnter”in cərimə meydançasına havalandırdı.Qapının uzaq dirəyinin yanında olan Samir Zərgərov başla topu qapıdan keçirtdi (1:0).Buraxılan qoldan sonra "bankir”lər hücuma atılasalar da "Gəncə” komandasının müdafiəçiləri bu hücumların qarşısını ala bilirdilər.Birinci hissən qalan dəqiqələrində "Gəncə”li futbolçular bir neçə dəfə təhlükəli əks-hücum qursalarda hesab arasındakı fərqi artıra bilmədilər.
İkinci hissəyə "İnter” komandası iki əvəzetmə ilə başladı.Meydanı tərk edən Dmitri Kruqlov və Mario Souzanın yerinə meydana Petar Zlatinov və Gitts Karlsons daxil oldular.İkinci hissə başlayan kimi "bankir”lər hücuma atıldılar.İkinci hissədə meydana daxil olan Petar Zlatinovun fəallığı "Gəncə” komandasının müdafiəçilərini daim təzyiqdə saxlayırdı.Qurulan hücumların birinə Petar Zlatinov "Gəncə” komandasının cərimə meydançasına ötürmə edir.Top David Odikadzenin önünə düşür.Lakin gürcü yarımmüdafiəçinin zərbəsi müdafiəçilərə dəyib meydanı tərk etdi.Bir neçə dəqiqə sonra "Gəncə”ki Samir Zərgərov şəxsi göstəriciləri sayəsində Valeri Abramidzeni arxada qoyub Dmitri Kramarenko ilə üz-üzə qaldı.Onun qapıya vurduğu zərbənin qarşısını "bankirlər”in qapıçısı aldı.Oyunun 62-ci dəqiqəsində "İnter” komandası son oyunçu dəyişikliyi edir.David Odikadzenin yerinə meydana Rövşən Əmiraslanov daxil olur.Meydana daxil olandan 5 dəqiqə sonra Rövşən Əmiraslanov hesabı bərabərləşdirə bilərdi.Lakin Petar Zlatinovun cərimə meydançasına göndərdiyi topu Rövşən Əmiraslanov tora qovuşdura bilmədi.Bundan dərhal sonra "Gəncə”li futbolçular əks-hücum qurub hesab arasındakı fərqi artıra bilərdilər.Lakin Danildo Assioli topa hamıdan tez çatıb təhlükəni sovuşdurdu.”İnter” komandasının hücumlarının birində,qarşılaşmanın 84-cü dəqiqəsində Petar Zlatinov "Gəncə” komandasının qapısına zərbə endirir.Qapıya gedən top cərimə meydançasında "Gəncə” komandasının müdafiəçisinin əlinə dəyir.Lakin qarşılaşmanın baş hakimi Rövşən Əhmadov 11 metrlik cərimə zərbəsi təyin etmək əvəzinə oyunu davam etdirir.Bu epizoddan sonra "İnter” komandasının futbolçuları daha bir neçə qol vəziyyəti yaratsalar da hesabı dəyişə bilmirlər və qarşılaşma 1:0 hesabı ilə meydan sahiblərinin xeyirinə nəticələnir.
inter fanatlarina demek isteyriemki tek elden ses cixmaz butun hakimlikde wikayet eden klublarin azerkew rehberliyi bir biri ile elaqe saxlasin bir yaxsi ortaaq mexrece geslinler bir istefa gondersinler Xeqani memeodvu . burdan agli goylu azerkew rehberliyine demek isteyiremki 12ci oyuncu bosman firtina fan klublari ile elaqe saxlansinalr ves qebleinin turanida azserke qurupu varsa bura daxil olunsunlar ve bu iwin ohdesinden gelek butuna azerkewler toplasnin affanin qabagian istefalrini versin yada bolgelerde sheherde bu prases surulsun. firtina fan klubu neftci ile oyunda xeqani memedovcun yaxsi yaxsi abnnerler ahzirlanmiwdir XEQANI MEMEDOVA ISTEFA ama polisler bu bannerin acmagin icaze verilmedi. 85 ci deqiqede 5 deqiqleik gizilinca acildi ama tv gorsetmedi cekmedi onu