İnter" heyətinə daha bir bolqar futbolçu qatmaq istəyir.Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, 20 yaşlı Martin Toşev bank klubunun maraq dairəsinə düşüb. "Bankirlər"in nümayəndələri Martinin forma geyindiyi "Çernomorets"lə danışıqlar aparmaq üçün Sofiyaya yollanıb. Qeyd edək ki, 15 avqust 1990-cı ildə dünyaya gələn Martin 2007-ci ildə Sofiya ÇSKA-sının heyətində iki oyun keçirdikdən sonra Almaniyanın "Köln" klubuna transfer olunub. 2008-ci ildə bu komandada 8 oyun keçirib bir qol vuran forvard 2008-2009 mövsümündə ÇSKA-ya dönüb (14 oyun). Toşev 2009-cu ildən "Çernomorets"də forma geyinir (30 oyun, 2 qol). O, 2008-ci ildə Bolqarıstan Super Kuokunu qazanıb. Toşev 2006-2008-ci illərdə Bolqarıstan U-19-na dəvət alıb. 2008-ci ildən çağırıldığı U-21-də isə indiyədək 11 oyun keçirib və 6 qola imza atıb.
VIDEONU İZLƏ
http://www.youtube.com/watch?v=Zk0CpLao0lc&feature=related
|