Şənbə günü AZAL-la qarşılaşan "İnter"in futbolçuları bazar günü istirahət edib. Azerisport.az xəbər verir ki, dünən komanda hazırlıqları bərpa edib. Futbolçular "Şəfa" stadionunda toplaşaraq ilk məşqə çıxıblar. Bu gün komanda səhər məşqinə çıxıb Futbolçular fiziki tapşırıqlar üzərində çalışıb. Axşam məşqində isə topla davranış tapşırıqlarını yerinə yetirəcəklər.
Qeyd edək ki, "İnter" bu tur "Kəpəz"i qəbul edəcək. Oyun sentyabrın 24-də "Şəfa" stadionunda baş tutacaq.