İnterin bu sezon baş ağrısına çevirilmiş əzəli rəqibi Şüvəlanın "AZAL" komandasının baş məşqçisi Nazim Süleymanov komandasının avro liqaya vəsiqə qazanması haqqında bunları dedi.
"Biz final oyunu izləyəcəyik və lənkəranlıların qələbəsinə ümid edəcəyik. İndi biz "Xəzər Lənkəran”a azarkeşlik etmək məcburiyyətində qalmışıq. Burda başa düşülməyən bir şey yoxdu. Amma bunun üçün ilk növbədə özümüz dördüncü pillədəki yerimizi qorumalıyıq. Əks halda "Xəzər Lənkəran”ın qələbə qazanıb, qazanmamasından asılı olmayaraq biz bu vəsiqəyə sahib çıxa bilməyəcəyik."
mənbə azerisport.az
|