Mövsüm başa çatandan sonra Kaxaber Tsxadadzenin "İnter"in heyətindən kənarlaşdırdığı Dmitri Kruqlov özünə yeni iş yeri tapıb.Estoniya yığmasının üzvü Rusiya klubuna transfer olunub. Belə ki, 27 yaşlı futbolçu "Rostov"la anlaşıb. Kruqlov Rusiya klubu ilə üç illik müqavilə imzalayıb. Qeyd edək ki, Kruqlov Azərbaycana 2008-ci ildə gəlib. Həmin vaxt "Neftçi" eston futbolçunu Moskva "Lokomotiv"indən icarəyə götürüb. Növbəti mövsüm "Neftçi" onu transfer edib və eston futbolçu 2010-cu ilə qədər 63 dəfə meydana çıxaraq 5 qola imza atıb. 2010-cu ildə "İnter"ə transfer olunan futbolçu 32 oyunda 2 qola imza atıb.Əvvəllər Estoniyanın "Tallin", "HÜJK Emmaste", "Levadiya", Rusiyanın "Lokomotiv" və "Kuban" klublarında forma geyinmiş Kruqlov Estoniya yığmasında 65 oyun keçirib və 1 qola imza atıb. fanat.az
|