Georgi Lomayanın AFFA İntizam Komitəsi tərəfindən iki oyunluq cəzalandırılmasından sonra "İnter"in qarşıdakı oyunlarda qapısını qoruyacaq oyunçu müəyyənləşib. Çoxları gürcü qapıçını təcrübəli Dmitri Kramarenkonun əvəzləyəcəyini gözləsə də, bu baş verməyəcək. baş məşqçi Kaxaber Tsxadadze qapını Kramarenkoya yox, 20 yaşlı Səlahət Ağayevə tapşıracaq. Çünki 37 yaşlı Dima artıq komandanın üçüncü qapıçısı hesab olunur. Səlahət 5-ci turda "Simurq", bir həftə sonra isə AZAL-la oyunda qapını qoruyacaq. 4-cü turdakı "Sumqayıt"la oyun isə təxirə salınıb.
|