15-23 yanvar 2011-ci il tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunacaq "Birlik Kuboku"nun təqvimi açıqlanıb. A qrupunda mübarizə aparacaq Premyer Liqanın son qalibi "İnter"in oyunlarının vaxtı da müəyyənləşib. təmsilçimiz ilk oyununu yanvarın 15-də Qırğızıstan "Neftçi"sinə qarşı keçirəcək. Bir gün sonra Tacikistanın "İstiqlal" klubu ilə qarşılaşacaq Bakı klubu yanvarın 18-də Moldovanın "İskra-Stal" komandası ilə qarşılaşacaq. Qeyd edək ki, "İnter" oyunlarını "Peterburqskiy" İdman Kompleksində keçirəcək.
15 yanvar, Saat 12.00 İnter (Azərbaycan) - Neftçi (Qırğızstan)
16 yanvar, Saat 12.00 İstiqlal (Tacikistan) - İnter (Azərbaycan)
18 yanvar, Saat 13.00 İnter (Azərbaycan) - İskra-Stal (Moldova)
|