Estoniya İtaliya Kruqlovu məyus etdi Estoniya yığması Avropa çempionatının seçmə mərhələsinə məğlubiyyətlə başlayıb. Fanat.az xəbər verir estonlar evdə İtaliyaya yenilib - 1:2. Matçda hesabı 31-ci dəqiqədə Estoniya yığmasından Sergey Zenyov açıb. Lakin 60-cı dəqiqədə Antonio Kassano ilə hesabı bərabərləşdirən italyanlar, dörd dəqiqə sonra Leonardo Bonukkinin qolu ilə qələbə qazanıb. Estoniya yığmasının baş məşqçisi bu oyunda "İnter"in üzvü Dmitri Kruqlova start heyətində yer verib və 82-ci dəqiqədə onu Tarmo Kinklə əvəzləyib.
Makedoniya "İnter"in oyunçusu seçmə məohələdə "fərqləndi" Makedoniya Slovakiyanın qonağı oldu.Matçın yeganə qoluna 90+1-ci dəqiqədə "Beşiktaş"lı Filip Holosko imza atıb. Makedoniya yığmasının baş məşqçisi Mirsad Yonuz "Neftçi"nin oyunçuları - İqor Mitreski və Slavko Georgievski, həmçinin yenicə "İnter"lə müqavilə imzalayan Filip Despotovskiyə start heyətində şans verib. "Neftçi"nin futbolçuları 90 dəqiqə meydanda olub. Despotovski isə 54-cü dəqiqədə sarı vərəqə alıb və 73-cü dəqiqədə Aleksandr Lazevski tərəfindən əvəzlənib.
Latviya Karlsons darmadağın gördü
"İnter"in oyunçuları böyük hesabla yenildi."İnter"in hücumçusu Girts Karlsons meydana start heyətində çıxıb. Karlsonsu 63-cü dəqiqədə Artyom RudnevslƏ əvəzlənib
Litva
Poşkus 19 dəqiqə oynadı
Neftçi" və "İnter"in oyunçularının yer aldığı komanda ötən gecə doğma meydanda Şotlandiya ilə "sülh" bağlayıb - 0:0. Litva yığmasının baş məşqçisi bu oyunda "İnter"in hücumçusu Robertas Poşkusa oynamaq şansı verib. Forvard qarşılaşmanın 71-ci dəqiqəsində Saulius Mikoliunasın yerinə meydana çıxıb.
|