Bu gün Kapital Bank U-15 Liqasında 18-ci turun oyunları keçirildi."Şəfa” stadionunun 4-cü meydançasında "İnter”in Ağdamın "Qarabağ” komandasını qəbul etdi. Matç 1:0 hesabıyla komandamızın xeyrinə başa çatdı. "İnter”in heyətində yeganə qolun müəllifi Natiq Peyman oldu.Qeyd edək ki, 18 turdan sonra Vəli Hüseynovun yetirmələrinin aktivində 40 xal var və "A” qrupunda 1-ci yeri tuturlar.
|