Yay transfer dönəmində komandanın sıralarını tərk edənlərdin biri olan braziliyalı Filipe Maçado agligoylu.tk suallarını cavablandırarkən keçmiş komandası haqda bunlar. Filipe yeni komanda da vəziyyət necədir? Hər şey yaxşıdı stabil olaraq oyunuyuram demək olar ki bütün oyunlarda əsas heyyətdə meydana çıxıram. Azərbaycan futbolu ilə BƏƏ futbolu arasında hansı fərq var? Bilirsən burda avropadan futbolçular çoxdu.Onlar əsasən bura gəlirlər ki futbol həyatının son günlərini keçirsinlər və çoxlu pul qazansınlar.Burda futbola çoxlu sərmayə yatırırlar.Oyunçular qat qat çox gəlir əldə edir.Amma oyun səviyyəsi deyərdim ki Avropadan geri qalır.O ki qaldı Azərbaycan mənim fikrimcə sizin çempionat burdakından üstündür. "İnter" in oyunlarını izləyirsən? Müntəzəm olaraq komanda haqda maraqlanıram internet vasitəsi ilə vaxt olduqda isə oyunlarına baxmaq istəyirəm oda ancaq sayt vasitəsi ilə.Deyərdim ki komanda keçən sezondan daha aşağı səviyyədə oynayır.Amma düşünürəm ki belə getməyəcək.İnter özünə gələcək. Yenidən komandaya qayıtmaq istərdin? Əlbətdə istərdim mənim üçün əsas pul yox gözəl oyun oynamaqdır.Düzdü orda oyunum bir az alınmırdı.Amma yenədə Azərbaycana qayıtmaq istərdim.
Fariz Nəcəfov agligoylu.tk üçün
|