Bir neçə gün əvvəl "İnter”in baş məşqçisi Kaxaber Tsxadadze Fransadan iki futbolçu transfer etməyə hazırlaşdıqlarını bildirmişdi. Gürcü mütəxəssis bu futbolçuların adlarını açıqlamasa da, hər ikisinin mərkəz müdafiəçisi olduğunu və artıq 4 mövsümdü Fransa çempionatında çıxış etdiklərini qeyd etmişdi.
Bu futbolçulardan birinin kimliyi ilə bağlı məlumat vermişdik. Məlumat üçün xatırladaq ki, bu Fransa Liqa 1-nə vəsiqə qazanan "Stade Reyms”in müdafiəçisi Matyu Fontainedi.
"İnter”in almaq istədiyi ikinci fransalının da kimliyi müəyyənləşib. Məlumata görə, bu Kevin Malaqa adlı futbolçudu.
24 yaşlı mərkəz müdafiəçisinin son klubu 2010-2011 mövsümündə Fransa Liqa 1-də 17-ci pilləni tutan "Nitsa” olub. Malaqa əvvəllər "Oser”də çıxış edib.
|