Главная » 2011 » Fevral » 15 » "İnter"in iki futbolçusu ən yaxşıların siyahısında
12:53
"İnter"in iki futbolçusu ən yaxşıların siyahısında
Rusiyanın "Sport-Ekspress" qəzeti post-sovet məkanında yanvar ayı üçün ən yaxşı futbolçuların adlarını açıqlayıb.Ən yaxşı futbolçuların siyahısına "İnter" komandasının iki futbolçusu Girts Karlsons və Georgi Lomaya düşüb.Sorğunun nəticələrinə görə Girts Karlsons 5-ci,Georgi Lomaya 6-cı yeri tutub. Bundan əlavə "Sport-Ekspress" yanvar ayında 5 əsas idman hadisəsinin də adını müəyyənləşdirib.Cari ilin yanvar ayında "Birlik Kuboku"nu qazanmış "İnter" komandası 2-ci yeri tutub