Bildiyiniz kimi, "İnter” Unibank Premyer Liqada son matçını mayın 11-də keçirdi.
Qarşılaşmanın başa çatmasından sonra futbolçular iyun ayının 1-dək istirahətə buraxıldılar. Yayın ilk günündə komanda Türkiyədə bir araya gələcək və qardaş ölkədə iyun ayının 12-dək davam edəcək təlim-məşq toplanışı keçirəcək.
İlk toplanışın başa çatmasından sonra futbolçulara 3 günlük istirahət veriləcək, iyun ayının 15-dəsə komanda yenidən bir araya gələcək və ikinci təlim-məşq toplanışına yollanacaq. Toplanışın keçiriləcəyi yer hələlik dəqiq məlum deyil, ancaq "İnter”in Avropa ölkələrindən birinə yollanacağı gözlənilir. İkinci toplanış iyun ayının 29-dək davam edəcək.
Əlavə edək ki, bu toplanışlar Avropa Liqasında keçiriləcək oyunlara hazırlıq xarakteri daşıyacaq və komandamızın ilk oyunu iyul ayının əvvəlində baş tutacaq.\ Mənbə:İnter.az
|