"İnter” ciddi itki ilə üzləşib. Fanat.az xəbər verir ki, komanda əsas oyunçularından biri olan İlia Kandelakini itirib. Fanat.az xəbər verir ki, Antalyadakı son məşqlərin birində komanda yoldaşı ilə toqquşan müdafiəçinin burnu sınıb.
Tibbi müayinədən sonra cərrahiyyə əməliyyatının qaçılmaz olduğu müəyyənləşib. Bu əməliyyatı keçirmək üçün vətəni Gürcüstana yollanan futbolçu bir ay meydana çıxa bilməyəcək.