Bakı "İnter”inin bolqar futbolçusu Enyo Krastovçevin "Levski”dən ayrılmasının səbəbi məlum oulb. Fanat.az Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, futbolçu 2010-cu ildə Sofiya klubundan içki düşkünü olduğu üçün kənarlaşdırılıb.
Qeyd edək ki, "Levski”dən qovulduqdan sonra bir müddət həvəskarlardan ibarət "Germanea” klubunda çıxış edib və daha sonra AZAL-a keçib. Bu ilin yayında isə "İnter”ə üz tutub.