Final mərhələsi 2014-cü ildə keçiriləcək dünya
çempionatının seçmə mərhələsinin püşkü atılıb. Braziliyada təşkil olunacaq mundialın püşkatması
Rio-de-Janeyro şəhərində baş tutub. Tədbir "Marina-da-Qloriya”
Yaxt-klubunun mənzərəli buxtasında gerçəkləşib.
200-dən çox, o cümlədən ölkəmizdə izlənə bilən Türkiyənin TRT3 kanalı
ilə yayımlanan tədbirdə Azərbaycan millisinin də rəqibləri bəlli olub.
Yığmamız F qrupunda Portuqaliya, Rusiya, İsrail, Şimali İrlandiya və Lüksemburq milliləri ilə mübarizə aparacaq.
Qeyd edək ki, püşkatmada ölkəmizi AFFA-nın baş katibi Elxan Məmmədov və milli komandamızın baş məşqçisi Berti Foqts təmsil edib.
----------------
AVROPA ZONASI (53 ölkə, 13 yer)
----------------
A qrupu: Xorvatiya, Serbiya, Belçika, Şotlandiya, Makedoniya, Uels
B qrupu: İtaliya, Danimarka, Çexiya, Bolqarıstan, Ermənistan, Malta,
C qrupu: Almaniya, İsveç, İrlandiya, Avstriya, Farer adları, Qazaxıstan
D qrupu: Hollandiya, Türkiyə, Macarıstan, Rumıniya, Estoniya, Andorra
E qrupu: Norveç, Sloveniya, İsveçrə, Albaniya, Kipr, İslandiya
F qrupu: Portuqaliya, Rusiya, İsrail, Şimali İrlandiya, Azərbaycan, Lüksemburq
G qrupu: Yunanıstan, Slovakiya, Bosniya və Herseqovina, Litva, Latviya, Lixtenşteyn
H qrupu: İngiltərə, Çernoqoriya, Ukrayna, Polşa, Moldova, San Marino
İ qrupu: İspaniya, Fransa, Belarus, Gürcüstan. Finlandiya
Hər qrupda 1-ci yeri tutan komanda final mərhələsinə yüksəlir. Bu 9
komandadan başqa öley-off mərhələsinin 4 qalibi də mundiala yüksəlir. Öz
qrupunda 2-ci olan 9 komandadan ən pis nəticəyə malik yığma mübarizəni
dayandırırsa, digər 8 komanda pley-offda 4 cütü təşkil edəcək
-------------
AFRİKA ZONASI (52 ölkə, 5 yer)
-------------
I MƏRHƏLƏ
1 Seyşel adaları - Keniya
2 Qvineya-Bissau - Toqo
3 Cibuti - Namibiya
4 Mavriki - Liberiya
5 Komor adaları - Mozambik
6 Ekvaorial Qvineya - Madaqaskar
7 Somali adalar - Efiopiya
8 Lesoto - Burundi
9 Eriteria - Ruanda
10 Svazilend - Konqo DR
11 Santome - Konqo
12 Çad - Tanzaniya
II MƏRHƏLƏ
А qrupu : CAR, Botsvana, MAR, 7-ci cütün qalibi
В qrupu: Tunis, Kabo-Verde, Syerra-Leone, 6-cı cütün qalibi
C qrupu: Fil Dişi Sahili, Mərakeş, Qambiya, 12-ci cütün qalibi
D qrupu: Qana, Zamibiya, Sudan, 8-ci cütün qalibi
E qrupu: Burkino-Faso, Qabon, Niger, 11-ci cütün qalibi
F qrupu: Nigeriya, Malavi, 1-ci cütün qalibi, 3-cü cütün qalibi
G qrupy: Misir, Qvineya, Zimbabve, 5-ci cütün qalibi
H qrupu: Əlcəzair, Mali, Benin, 9-cu cütün qalibi
İ qrupu: Kamerun, Liviya, 2-ci cütün qalibi, 10-cu cütün qalibi
J qrupu: Seneqal, Uqanda, Anqola, 4-cü cütün qalibi
III MƏRHƏLƏ
10 qrupun qalibi final mərhələsinə 5 vəsiqə uğrunda mübarizə aparacaq.
III mərhələnin 5 qalibi birbaşa DÇ-yə vəsiqə qazanır.
---------
ASİYA ZONASI (20 ölkə, 4,5 yer)
--------
Artıq ilk 2 təsnifat mərhələsi baş tutub.
I MƏRHƏLƏ
A qrupu: Çin, İordaniya, İraq, Sinqapur
B qrupu: Cənubi Koreya, Küveyt, BƏƏ, Livan
C qrupu: Yaponiya, Özbəkistan, Suriya, KXDR
D qrupu: Avstraliya, Səudiyyə ərəbistanı, Oman, Tailand
E qrupu: İran, Qətər, Bəhreyn, İndoneziya
Hər qrupdan 2 komanda növbəti mərhələyə yüksəlir.
II MƏRHƏLƏ
10 komanda 2 qrupda mübarizə aparır.
Hər qrupdan 2 komanda DÇ-yə yüksəlir
PLEY-OFF
II mərhələsə 3-cü yer tutanlar arasında oyunlar keçirilir.
Pley-offun qalibi qitələrarası pley-offa yüksəlir
----------
KONKAKAF ZONASI (35 ölkə, 3,5 yer)
----------
Artıq ilk seçmə mərhələsi baş tutub.
II MƏRHƏLƏ
A qrupu: Salvador, Surinam, Kayman adaları, Dominikan Respublikası
B qrupu: Trinidad və Tobaqo, Qayana, Barbados, Bermud
C qrupu: Panama, Dimonika, Nikaraqua, Baham adaları
D qrupu: Kanada, Sent-Kitts və Nevis, Puerto-Riko, Sent-Lusia
E qrupu: Qrenada, Qvetamala, Sent-Vinsen və Qrenadinı, Beliz
F qrupu: Haiti, Antiqua və Barbuda, Kurakao, Vircinya
Hər qrupdan 1 komanda növbəti mərhələyə yüksəlir.
III MƏRHƏLƏ
1 qrup: ABŞ, Yamayka, E qrupunun qalibi, F qrupunun qalibi
2 qrup: Meksika, Kosta-Rika, A qrupunun qalibi, B qrupunun qalibi
3 qrup: Honduras, Kuba, C qrupunun qalibi, D qrupunun qalibi
Hər qrupdan 2 komanda növbəti mərhələyə yüksəlir.
IV MƏRHƏLƏ
6 komanda 1 qrupda mübarizə aparır.
3 komanda DÇ-yə yüksəlir
4-cü yerin sahibi qitələrarası pley-offa yüksəlir
----
OKEANİYA ZONASI (11 ölkə, 0,5 yer)
--------
I MƏRHƏLƏ
Amerika Samosı, Samoa, Kuk adaları, Tonqa
Qrupdan 1 komanda növbəti mərhələyə yüksəlir.
II MƏRHƏLƏ
А qrupu: Vanuatu, Yeni Kaledoniya, 1-ci mərhələnin qalibi, Taiti
B qrupu: Fici, Yeni Zelandiya, Solomon adaları, Papua Yeni Qvineya
Hər qrupdan 2 komanda növbəti mərhələyə yüksəlir.
III MƏRHƏLƏ
4 komanda 1 qrupda mübarizə aparır.
Qrup qalibi qitələrarası pley-offa yüksəlir
----
CƏNUBİ AMERİKA ZONASI (9 ölkə, 4,5 yer)
--------
9 komanda - Argentina, Boliviya, Çili, Kolumbiya, Ekvador, Paraqvay,
Peru, Uruqvay, Venesuela eyni qrupda II dövrə mübarizə aparacaq.
4 komanda DÇ-yə yüksəlir
5-ci yerin sahibi qitələrarası pley-offa yüksəlir
----
QİTƏLƏRARASI PLEY-OFF
--------
Asiya – Cənubi Amerika
Şimali Amerika - Okeaniya "İnter" klubunun fanatlari Milli komandamıza uğurlar arzulayır
|