Unibank Premyer Liqasının I-ci turunda "İnter" komandası Tovuzda "Turan" komandasının qonağı idi.Qarşılaşmanı Tovuz şəhər stadionunda 2000 yaxın azərkeş izləyirdi.Oyuna fəal başlayan "bankirlər" 2-ci dəqiqədə hesabı açdılar.Litva milli komandasının forvadı Robertas Poşkuş hesabı açdı (0:1). Buraxılan qolun şokundan ayılmamış tovuzlular ikinci qolu qapılarında gördülər.Bu dəfə "İnter" komandasının yeni transveri Mario Souza fərqləndi (0:2).Oyunun 17-ci dəqiqəsində "İnter" komandasının daha bir yeni oyunçusu Dmitriy Kruqlov hesabı biyabırçı həddə çatdırdı (0:3).Bu qoldan iki dəqiqə əvvəl Mario Souzanın cərimə zərbəsindən vurduğu topu "Turan" komandasının qapıçısı məharətlə dəf etmişdi."Bankirlər" oyunda təzyiqi artırır və demək olar ki,matç tək qapıya oynanılırdı.Birinci hissənin sonlarında Mario Souza real qol şansını dəyərləndirə bilmədi.Qapıçı ilə üz-üzə qalan braziliyalı futbolçunun qarşısını "Turan" komandasının qapıçısı kəsdi və komandalar fasiləyə 0:3 hesabı ilə yollandılar.İkinci hissə də birinci hissənin davamı idi."İnter" hücum edir,"Turan" komandası isə bəxtini əks hücumlarda axtarırdı.İkinci hissə ərzində hər iki komanda qol epizodu yaratsalar da onları dəyərləndirə bilmədilər və "İnter" cari çempionatın ilk oyununda "Turan" komandasını 3:0 hesabı ilə məğlub etdi.