Ölkəmizi Avropa Liqasında təmsil edəcək "İnter" heyətini gücləndirməyə çalışır. Bununla yanaşı "bankilər" heyətdəki bir neçə futbolçunu yola salır. Agli-goylu.ucoz.net-in əldə etdiyi məlumata görə, komandanın ikinci və üçüncü qapıçıları ilə yollar ayrılacaq. Səlahət Ağayevi Premyer Liqanın digər klubuna icarəyə verəcək "İnter", digər qolkiper Anar Məhərrəmovla isə işbirliyinə son qoymağı düşünür. Məhərrəmov gənc olmasına baxmayaraq, "İnter" ona güvənməyərək komandadan uzaqlaşdırmaq istəyir. Berti Foqtsun da bəyənərək, təlim-məşq toplanışına dəvət etdiyi qolkiperlər özlərinə yeni komanda tapmalı olacaq. Hər iki qapıçının gedişindən sonra paytaxt klubu ikinci qapıçı qismində gürcüyə güvənə bilər. Məlumata görə, Giorgi Lomayanın əvəzləyicisi də həmyerlisi olacaq.
|