Məlumat verdiyimiz kimi, "İnter” PİK-in əsas
komandası növbəti mövsümə hazırlığını Sloveniyada keçirir.
Öncədən tərtib olunmuş qrafikə uyğun
olaraq "İnter” sabah İtaliyanın "Leççe” komandasıyla yoxlama matçı
keçirilməli idi. Lakin qrafikə edilmiş dəyişiklik nəticəsində komandamız
İngiltərə Premyer Liqasına bu il vəsiqə qazanmış "Suonsi Siti” (Swansea
City) komandasıyla qarşılaşacaq. Oyun iyulun 27-də Bakı vaxtıyla saat
21.30-da baş tutacaq. Qeyd etmək
yerinə düşərdi ki, Uelsin eyniadlı şəhərində 1912- ildə yaradılan
"Suonsi Siti” klubu o zaman İngiltərə Futbol Liqası adlanan futbol
təşkilatına 1920-ci ildə qoşulub. 1926 və 1964-cü illərdə İngiltərə
Kubokunun yarımfinalçısı olub. 10 dəfə Uels Kubokunun qalibi adını
qazanıb. Ötən mövsüm 28 ildən sonra Premyer Liqaya vəsiqə əldə etməyi
bacarıb
|