«İnter» klubunun üzvü Nizami Hacıyev əməliyyat olunduğu üçün Azərbaycan milli komandasının mayın 20-dən 31-dək olan təlim-məşq toplanışında iştirak etməyəcək. Agli-goylu.ucoz.net-in məlumatınma görə, Nizami Hacıyev qeyd olunan təlim-məşq toplanışına baş məşqçi tərəfindən ehtiyat oyunçu kimi dəvət olunmuşdu. Xatırladaq ki, bu toplanış çərçivəsində millimiz mayın 23-də Şizuoka şəhərində Yaponiya, mayın 30-da isə Frankfurt şəhərində Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək.
|