«Xəzər-Lənkəran» ölkə kubokundan əvvəl baş məşqçi axtarışına çıxıbmış. Bu barədə hazırda Ankaranın «Gənclərbirliyi» klubunun baş məşqçisi Giray Bulak məlumat verib. Türkiyənin Mersin şəhərinə ezam olunmuş əməkdaşımızla söhbətində Bulak bunları söyləyib: «İnter» Azərbaycan kubokunun finalında qələbə qazansaydı, indi «Xəzər-Lənkəran»ın baş məşqçisi mən idim. Çünki uduzacaqları halda baş məşqçi Mirça Redniki istefaya gönədərəcəkdilər. Hətta oyundan əvvəl klubdan zəng edib bu barədə mənimlə danışmışdılar da. Və gözlədim kubokun finalını. Mənim üçün təəssüf ki, «Xəzər-Lənkəran» kuboku qazandı və Azərbaycanda işləmək şansını itirdim». mənbə stadium.az
|