AFFA prezidenti Rövnəq Abdullayev Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş "Birlik Kuboku”nda `İnter`in uğurlu çıxışı barədə fikirlərini bildirib. futbol qurumunun rəhbəri bunları söyləyib:
"Ötən mövsüm Azərbaycan çempionu olmuş `İnter`in "Birlik Kuboku”ndakı uğurlu çıxışı hər birimizi sevindirir. Turnirdəki təmsilçimizin indiyə qədər keçirdiyi bütün qarşılaşmaları qələbə ilə başa vurması, 4 oyunda qapısından qol buraxmaması sevindirici haldı. `İnter`in yarımfinala yüksəlməsi münasibətilə klubun bütün kollektivini, Azərbaycan futbol ictimaiyyətini və azarkeşləri təbrik edir, `İnter`ə daha böyük uğurlar arzulayıram”.
Qeyd edək ki, `İnter` "Birlik Kuboku”nun qrup mərhələsində Qırğızıstanın `Neftçi` (3:0), Taciktistanın `İstiqlal` (3:0), Moldovanın `İskra-Stal` (1:0), 1/4 final mərhələsində isə Ermənistanın `Mika` klubunu (4:0) məğlubiyyətə uğradıb.
Neftçi" Peşəkar Futbol Klubu"
Bakının "İnter" futbol klubu Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən "Birlik kuboku" turnirinin 1/4 final mərhələsində Ermənistanın "Mika" komandasını 4:0 hesabı ilə məğlub edərək, Azərbaycan futbol tarixinin daha bir şanlı səhifəsini yazıb. Oyunun keçirildiyi "Sankt-Peterburq" manejində görüşü izləyənlər arasında "Neftçi" futbol klubunun azarkeşləri də olub. Flaqmanın azarkeşləri ermənilər üzərində qazanılan böyük hesablı qələbəni alqışlayıblar. "Neftçi" klubu başda prezident Sadıq Sadıqov olmaqla "İnter" klubunun rəhbərliyini, məşqçilər korpusunu, futbolçularını, bütün nümayəndələrini və azarkeşlərini bu tarixi qələbə münasibətilə təbrik edir və "İnter"ə "Birlik kuboku"nu qazanmağı arzulayır.
"Qarabağ" Futbol Klubu
Bu günlərdə Rusiyanın Sankt-Peterburq şəhərində MDB ölkələrinin çempionları arasında "Birlik Kuboku" keçirilir. Azərbaycanın son çempionu "İnter" qrup mərhələsini uğurla adlayaraq 1/4 finala yüksəlib. 1/4 finalda isə "İnter" Ermənistanın "Mika" klubuyla qarşılaşıb. Mənfur düşmənlərimizlə mücadilədə Azərbaycan çempionu rəqibinə aman verməyərək 4:0-lıq darmadağınla möhtəşəm qələbə qazanıb. "İnter"in qazandığı qələbə xalqımıza böyük sevunc gətirib və bir daha ermənilərdən üstün olduğumuzu sübuta yetirib. "Qarabağ" Futbol Klubunun kollektivi "İnter" Futbol Klubunu möhtəşəm qələbə münasibətiylə təbrik edir, komandaya sonda "Birlik Kuboku"nu qazanmaqla daha böyük qələbə zirvəsinə yüksəlməyi arzulayır. Ümid edirik ki, erməni klubu üzərində qələbə sonuncu olmamaqla yanaşı, daha böyük qələbələrə yol açacaq. Bir daha "İnter" FK-nı qələbə münasibətiylə təbrik edirik.
"Bakı" Futbol Klubu
Azərbaycanının "İnter" klubunun Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən ənənəvi "Birlik Kuboku"nun 1/4 finalında Ermənistan təmsilçisi "Mika" üzərində əldə etdiyi 4:0-lıq möhtəşəm qələbə bizi hədsiz sevindirdi. "Bakı" futbol klubu "İnter" idman klubunu bu tarixi qələbə münasibəti ilə təbrik edir, ölkəmizi beynəlxalq turnirdə təmsil edən Azərbaycan klubuna gələcək oyunlarda uğurlar arzulayır.
"Qarabağ" "İnter" klubunu təbrik etdi Hazırda Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ" klubunun rəhbərliyi, məşqçi heyəti və futbolçular "İnter"in bu gün "Birlik kuboku"nda Ermənistanın "Mika" komandası ilə oyununu televiziya vasitəsilə izləyiblər. Azərbaycan çempionunun 4:0 hesabı ilə qələbə qazandığı bu oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Qol.Az müxbiri ilə söhbətində "İnter" klubunu parlaq qələbə münasibətilə təbrik edib. "Bu qələbə bizi çox sevindirdi. Klubumuzun rəhbərliyi, komandamızın məşqçilər heyəti və futbolçular adından "İnter" komandasının təbrik edir, onlara "Birlik kuboku"nu qazanmağı arzulayıram" - deyə Q.Qurbanov bildirib. 12ci oyunçu Xəzər Lənkaran Müstəqil Fan Qrupu MDB kuboku turnirinin ¼ final mərhələsində Ermənistanın "Mika” klubuna böyük hesabla qalib gələn və yarım finala yüksələn Azərbaycan təmsilçisi "İnter” klubu bizləri sevindirdi. Bu münasibətlə ölkənin bütün futbolsevərlərini, "İnter” futbol klubunu və fanatlarını təbrik edirik. İmaret Fan Klubu Fan-klubumuz adından dost "İnter" FAN-KLUBUNU və "İnter" ailəsini təbrik edir, kuboku Bakıya gətirmələrini arzu edirik.Uğurlarının davamı gəlsin Xəmsə Fan Klubu İnteri və İnter azarkeşlərini bu tarixi və şanlə qələbə münasibəti ilə təbrik edirik.Bu qələbə ilə siz Azərbaycanın Müstəqilliyi uğrunda şəhid olan bütün igid oğul və qızlarımızın ruhun şad eləmiş oldunuz.İnşallah Kuboku Azərbaycan gətirərsiniz.Təşəkkürlər İNTER Kəpəz Fan Klubu. Bu tarixi qələbə münasibəti ilə bütün Azərbaycan xalqınız və xüsusəndə İnter fanatlarını təbrik edirik.İnter oyunçularına ayrıca təşəkkür edirik ki erməni dığaları qarşısında bizi Başı yuxarı etdiniz.İnter sən Azərbaycanın adını ucaltdın.Təbrilər Gəncə Rəsmi Fan Klubu Bütün İnter azarkeşlərini bu möhtəşəm qələbə münasibət ilə təbrik edirik.Uğurların davamı gəlsin.O gün olsun bu qələbəni işğal altında olan torpaqlarımızda qeyd edək.Bu qürurlu qalibiyyət münasibəti ilə Təbrik edirik İnteri Bosman Fan Klub Bu oyunu da nəzərə alsaq hələlik 4 oyun keçirən komandamız parlaq çıxışını davam etdirir. Bu 4 matçda rəqib qapılarına 11 top vuran komandamız qapısında bir top belə görməyib. "Neftçi” və "Xəzər Lənkəran”dan sonra "İnter”ə də bu turnirin qalibi olmasını arzu edirik. Bugünki nəticələrə görə başda "İnter” azarkeşləri olmaqla bütün Azərbaycan futbolsevərlərini təbrik edirik. "Qafqaz nağılı”nı uğurla davam etdirən "İnter”i vətəndə qalib kimi qarşılamaq arzusu ilə...
|