Bu gün İnterfanklubu üçün əlamətdar bir gündür.Məhz bir il bundan öncə İnterfanklubunun rəsmi internet saytı olan İnterfan.az fəaliyyətə başlamışdır.Yaranan gündən "İnter" komandası haqqında operativ məlumatları,futbolçuların eksklüziv müsahibələrini və komandanın oyunlarından azrkeşlərə təqdim olunan onlayn reportajlar ilə sayt İntersevərlərin ürəyinə yol tapmışdır. İnterfanklubunun rəhbərliyi və idarə heyəti İnterfan.az saytının rəhbərliyi və əməkdaşlarını Agligoylu.tk İnter Fan Media adından bir yaşı münasibəti ilə ürəkdən təbrik edir və işlərində müvəffəqiyyətlər arzulayırlar. Sabah isə İnter Fan Klubunun ofisində bayram tədbiri olacaq.İnterfan.az saytının bir yaşı üstəlik İnter komandasının S.Peterburgda uğurlu çıxışı ilə əlaqədar fan klub tədbir keçirdi.Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev "İnter" PİK-in fan klubunun saytının fəaliyyətə başlamasının 1 ili münasibəti ilə təşkil edilmiş tədbirdə iştirak etmişdir. Tədbirdə PFL prezidenti Ramin Musayev və "İnter" PİK-in prezidenti Georgi Nikolov nitqlə çıxış etmişlər.
Ramin Musayev: "Bu gün hamımız üçün sevincli gündür. "İnter"in fan klubunun saytının fəaliyyətə başlamasından 1 il ötür. Həmçinin "Birlik kuboku"nu qazanan "İnter" komandasını bu uğuru münasibəti ilə təbrik edirəm. Hər bir klub bizim üçün əzizdir. "İnter"in fan klubunun komandanı dəstəkləməsini xüsusi vurğulamaq istərdim. Antalyada "Birlik kuboku"nun oyunlarını canlı izləyirdik, komandanın qalib gəlməsində sizin də böyük uğurunuz var. Biz də sizlərlə birgə o həyəcan hisslərini keçirirdik. Bu artıq üçüncü dəfədir ki, "Birlik kuboku" Azərbaycana gəlir. Azərbaycan futbolunun inkişafını görməmək mümkün deyil. Antalyada klubların çoxu ilə görüşlərimiz oldu. Komandanızda həm futbolçulara, həm də azarkeşlərə diqqət göstərilir. Arzu edirəm ki, komandanızı həmişə sevinclə qarşılayasınız".
Georgi Nikolov: "Bu gün çox xoşbəxtəm. Hamınızı təbrik edirəm, bu yalnız "İnter"in deyil, həmçinin Azərbaycan futbolunun uğurudur. Bizdə bir atalar sözü var: yaxşı uşaq yaxşı ailədə böyüyür. Futbol dili ilə desək, "İnter"in bu uğura imza atmasında PFL-in yaxşı təşkilatçılığının, rəqiblərimizin güclü rəqabət yaratmasının rolu var. Bir daha hamınızı təbrik edir və Azərbaycan futboluna yeni uğurlar arzulayıram".
Peşəkar Futbol Liqası tərəfindən "İnter" PİK-in fan klubuna təbil hədiyyə olunmuşdur.
|