İnterfanklubunun bir neçə üzvü ilə birlikdə Gürcüstanın paytaxtı Tiflis şəhərinə səfər etməyi qərarlaşdırmışdıq.Məqsəd Gürcüstan futbolu ilə yaxından tanış olmaq və Avroliqa oyunlarının ilkin təsnifat mərhələsinin Dinamo(Tiflis) – Milsami(Moldova) komandaları arasında keçirilən oyuna baxmaq və "İnter”in keçmiş oyunçusu David Odikadzeyə dəstək olmaq idi.Öncədəv danışdığımız kimi iyun ayının 29-da saat 23.00-da Bakı-Tiflis avtobusu ilə Bakı Avtovağzalından yola düşdük.Doqquz saatlıq yolu qət edəndən sonra səhər saat 8.00-da Gürcüstanın paytaxtı Tiflis şəhərinə çatdıq.Tiflis şəhər avtovağzalında avtobusdan enəndə David Odikadzenin qardaşı Baço Odikadze bizləri qarşıladı.Qalacağımız oteldə yerləri qabaqcadan sifariş etdiyimizi bildirib onun müşaəti ilə otelə yollandıq.Qət etdiyimiz uzun yol yorucu olsa da uşaqlar zarafatlaşıb deyib-gülürdülər.Oteldə yer bə yer olandan sonra Baço bizi şəhər gəzintisinə dəvət etdi.Tiflis dörd tərəfdən dağlarla əhatə olunmuş şəhər idi.Şəhərin yaşıllığı hamını heyran etmiş,ərzaq məhsullarının qiymətləri Bakıdakından iki dəfə ucuz olması bizi təəccübləndirmişdi.Axşama qədər Baço bizləri şəhərin tarixi abidələri,gəzməli yerləri ilə tanış edib Tiflis şəhərinin tarixi barədə məlumatlandırdı.Axşam saatlarında hamılıqla "Dinamo” – "Milsami” oyununa baxmaq üçün Boris Payçasze adına mərkəzi stadionuna yollandıq.İkimərtəbəli,110 min tutuma malik olan arena möhtəşəmliyi ilə hamımızı heyran etmişdi.Stadiona daxil olarkən "Dinamo” komandasının iki fanklubunun olduğunu öyrəndim.Bunlardan biri "Qladiator” adlı klubun rəsmi,digəri "Dinamites-Ultras” fanklubları idi.90 dəqiqə ərzində "Dinamo” komandasını dəstəkləyən hər iki fanklub arasında "Qladiator” daha hazırlıqlı görünürdü.Stadionda olan bütün azarkeşlər bizə yaxınlaşıb tanış olur,səfərimizin səbəbini öyrənib minnətdarlıqlarını bildirirdilər.Bizimlə tanış olan yaşlı azarkeşlərin əksəriyyəti Kaxaber Sxadadzeni tərifləyib bizdən onun haqqında məlumat alırdılar. Oyuna gəlincə isə "Dinamo” komandasının 2:0 hesablı qələbə qazanmasına baxmayaraq meydanda iki bərabərsəviyyəli komanda mübarizə aparırdı.David Odikadze start heyətində meydana çıxmış və müdafiənin sağ cinahında qərarlaşmışdı.”Dinamo”nun oyununa baxan kimi David Odikadzenin komandasının lideri olduğu sezilirdi.Oyun ərzində bir neçə dəfə David Odikadzeni meydanın kənarına çağıran baş məşqçi məhz onun vasitəsi ilə meydandakı futbolçulara tapşırıqlarını çatdırırdı.Qarşılaşmanın final fiti verilən kimi David Odikadze komanda yoldaşlarını meydanın mərkəzinə toplayıb stadionda olan 40 minə yaxın azarkeşi alqışlamaqla onlara təşşəkkürlərini bildirdilər.Amma bu da gördüklərimizin sonu deyildi.Stadiondan çıxanda fanatların "Dinamo”nun avtobusunu dairəyə alıb oyunçuların soyunub-geyinmə otağından çıxmalarını gözləmələrinin şahidi olduq.Soyunub-geyinmə otağından çıxıb avtobusa tərəf gedən hər bir futbolçunu alqışlayan fanatlar David Odikadzeni görən kimi onu dairəyə alıb "Odo,Odo” hayqırmağa başladılar.Qısa bir zamanda komandanın lideri olması bizi necə təəccübləndirmişdisə fanatların Odikadzeyə olan sevgisini görəndə təəcübümüz ikqat artdı. Stadiondan birbaşa otelə yollanıb oyunun təəssüratları,David Odikadzenin komanda yoldaşları və fanatları arasında olan hörməti barədə danışdıq.Səhəri gün saat 12.00-da David Odikadze bizimlə görüşüb oyungünü bizi qarşılaya bilmədiyi üçün üzrxaqlıq edib hamımızı restorana dəvət etdi.Axşama qədər Odikadze ilə birlikdə olub keçən günləri xatırladıq.Axşam saat 24.00-da vətənə qayıdmaq üçün Tiflis – Bakı avtobusunda yerimizi tutduq. Sonda fanklubun üzvlərini qarşılayıb,bizə səyahətimizin mənalı keçməsi üçün vaxt ayırdıqlarına görə David Odikadze və qardaşı Baço Odikadzeyə təşşəkkürümüzü bildiririk.
mənbə interfan.az
|