Dünən "Birlik Kubokunda" Azərbaycan çempionu `İnter`i dəstəkləmək üçün `Peterburqski` İdman Kompleksinə gələn azərbaycanlı azarkeşlər və İnter Fan Klub Tacikistan `İstiqlal`ı üzərində 3:0 hesablı qələbədən sonra arenanı tərk etməməyə qərar verib. məhz bu arenada həmin oyunun ardınca başlayan görüşdə Qazaxıstanın `Tobol` klubu Ermənistan `Mika`sıyla qarşılaşdığından, həmyerlilərimiz qazaxlara azarkeşlik etməyi daha vacib hesab ediblər. Daha maraqlı bir fakt."Birlik Kuboku”nun ikinci turu çərçivəsində dünən keçirilən `İstiqlal` (Tacikistan) ilə oyunda 3 hesabıyla qələbə qazanan son Azərbaycan çempionu `İnter`in iki qolu hesaba alınmayıb. bu barədə həm Tacikistan mətbuatında, həm də Rusiya Futbol İttifaqının rəsmi saytında fərqli məlumat verilib. Məsələ burasındadı ki, komandamızın heyətində hesabı açan Bronislav Çervenka ilə Girts Karlsonsun qolları avtoqol kimi qələmə verilib. Nəticədə həmin qollar Davron Erqaşevlə Sahib Suvonkulovun adına yazılıb. Qeyd edək ki, Karlsons Qırğızıstan `Neftçi`si ilə oyunda da fərqləndiyindən bombardirlər siyahısında yer almaq şansına malik idi. Lakin onun bir qolunun bu şəkildə silinməsi vəziyyəti dəyişdirdi.
mənbə :azerisport.az
|