Bu gün "Neftçi” futbol klubunun Mətbuat və İctimayyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu "İnter” futbol klubunun yarımmüdafiəçisi Aleksandr Çertoqanovun açıqlamasına münasibət bildirərəkən futbolçuya qarşı təhqiredici ifadələr işlədib.
Hörmətli Elnur bəy siz bildirirsiniz ki,Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqstun dediyinə görə Aleksandr Çertoqanov zədəlidir və məşqlərdə iştrak etmir,lakin futbolçu özü deyir ki,”Neftçi” komandasına qarşı komandasının əsas heyətində meydana çıxacaq.Bundan sonra siz AleksandrÇertoqanovu özünü zədəli kimi qələmə verdiyini bildirisiniz və futbolçunu hamını aldatmaqda ittiham edirsiniz.Sizə bildirmək istəyirəm ki,sizin bu sözlərinizdə heç bir məntiq yoxdur.Aleksandr Çertoqanovun zədəli olduğunu futbolçu özü yox,milli komandanın baş məşqçisi Beri Foqst bildirir və yəqin ki,milli komandanın həkimləri futbolçunu müayinə edib bu qərara gəliblər.Belədə bu məsələyə məntiqlə yanaşsaq sizin ittihamlarınız yersizdir və əgər siz özünüzü Berti Foqstdan ağıllı hesab edirsiniz buyurun AFFA rəhbərliyinə müraciət edin ki,sizi milli komandanın baş məşqçisi təyin etsinlər.
Bundan sonra siz Azərbaycanın məhşur "Axırıncı aşırım”knofilmindən Kərbalayının İmanverdiyə "Sənin atan mənim mehtərim olub,sən isə mənim sür-sümüyümlə böyümüsən.Nə tez üzümə ağ oldun”? sitatını misal gətirib Aleksandr Çertoqanovu təhqir edirsiniz.Sizin bu sözlərinizdə də heç bir məntiq yoxdur.Deməli komandanızda top qovan Rəşad Abdulayev, Cavid Hüseynov və Elmar Baxşıyev kimi futbolçular meydana çıxdıqları halda "İnter” komandasına qarşı bacardıqları futbolu sərgiləməməlidilər?
Bu məntiqsiz və mənasız sözlər ilə siz öz səviyyənizi və jurnalist savadınızı minlərlə Azərbaycan oxucusuna göstərmiş oldunuz.Əhsən sizin səviyyə və savadınıza!!!
PS: sonda bir gözəl atalar misalı yadıma düşdü "Quyuya su tökməklə quyu dolmur"!
|