İnterfanklubunun ofisində fanklub rəhbərliyinin və idarə heyət üzvlərinin növbədənkənar iclası keçirildi.Növbədənkənar iclasın keçirilməsində məqsəd 23.08.2010-cu il tarixdə "Fırtına”fanklubunun rəsmi saytında "İnter” komandasının baş məşqçisi Kaxaber Sxadadze barədə"Kaha are you ok?" adlı məqalə olub.
İnterfanklubunun prezidenti Ruslan Muradov iclas iştrakçılarını salamlayıb adı çəkilən məqalə barədə iclas iştrakçılarını məlumatlandırdı.Sözünün ardında fanklub prezidenti bildiridi ki, məqalə ilə tanış olan kimi "Fırtına”fanklubunun rəhbəri ilə telefon əlaqəsi yaradıb və "Fırtına”fanklubunun rəhbəri bu məqalə barədə heç bir məlumatının olmadığını bildirib.Lakin bu danşığın üstünən bir gün ötməsinə və bu bir gün ərzində "Fırtına”fanklubunun rəhbəri ilə dəfələrlə telefon əlaqəsi yaratmasına baxmayaraq ondan adı çəkilən məqalə barədə bir tutarlı və məntiqli cavab ala bilməyib.Bütün bunları nəzərə alan fanklub rəhbərliyi təcili növbədənkənar iclas keçirmək və bu məsələ barədə fanklubun idarə heyət üzvlərinin fikrini bilmək istəyirdi.
Ruslan Muradov çıxışını tamamladıqdan sonra söz çıxış üçün fanklubun vitse prezidenti Elçin Həsənova verildi.Elçin Həsənov öz növbəsində iclas iştrakçılarının nəzərinə çardırdı ki,dünən Lənkaran şəhərində yaşayan dostları ilə telefon əlaqəsi yaradıb.Məsələnin mahiyyətini dostlarına anladan Elçin Həsənov onlardan xahiş edib ,Lənkaranda yaşayan cənublu fanatların bu məsələyə münasibətlərini öyrənsinlər.Bu gün Lənkarandan gələn cavabda aşkar olundu ki,cənub zonasının azarkeşlərinin bu məqalə haqqında heç bir məlumatları yoxdur və belə bir məqaləni təxribatxarakterli olduğunu düşünürlər.
Bundan sonra söz çıxış üçün idarə heyət üzvlərinə verildi.İdarə heyət üzvləri ayrı-ayrılıqda bu məqalənin mənasız bir yazı olduğunu,məqaləni sifarişlə və yaxud "Fırtına”fanklubunu reklam etdirmək üçün yazıldığını bildirdilər.
Sonda İnterfanklubunun rəhbərliyi və idarə heyət üzvləri bəyanat qəbul etdilər:
1.”Fırtına”fanklubunn rəsmi internet saytında yer alan məqalə İnterfanklubu tərəfindən qəbul olunmasın.
2.Bu xoşagəlməz olaya hər iki komandanın baş məşqçiləri mətbuat vasitəsi ilə fikir bildirdikləri üçün bu olaya fanklub fikir bildirməsin.
3.İnterfanklubu komandalarının baş məşqçisinin və futbolçularının müdafiəsinə qalxmağa daim hazırdır.
4.”Fırtına”fanklubu on minlərlə azarkeşi olan "Xəzər Lənkaran”komandasının fanatları adından bəyanat verməyə haqqı yoxdur və bu məqalə hər iki komandanın azarkeşləri arasında nifaq yaratmaq məqsədi ilə yazılmışdır.
5.”Fırtına”fanklubunun "İnter” komandasına qarşı yönəldilən hər bir banerinə beş baner, hər bir sloqanına beş sloqan lə cavab verilsin.
|