Bu gün "İnter" Peşəkar İdman Klubu Azərbaycanda idman sahəsində göstərdiyi xidmətlərə görə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının (AzərKİVHİ) təsis etdiyi "Azərbaycan Bayrağı" fəxri diplomu ilə təltif olundu. Diplomu klubun prezidenti Georgi Nikolova AzərKİVHİ-nin sədr müavini, "Açıq söz" qəzetinin hüquq şöbəsinin müdirəsi Gülçin Quliyeva təqdim etdi.
Qeyd edək ki, təşkilatın diplomu jurnalistlərə, yazıçılara, şairlərə, dövlət və qeyri-dövlət təşkilatlarda və müəssisələrində çalışan qulluqçulara, iş adamlarına, biznesmenlərə, müştərək müəssisələrə, mədəniyyət işçilərinə, idmançılara, milli qəhrəmanlara və digər sahələrin nümayəndələrinə təqdim olunur. inter.az
|