Bu gün Premyer Liqanın IV turundan təxirə salınmış bir oyun keçirilib."İnter” Sumqayıtda yerli komandanın qonağı olub. Ötən tur "Simurq”u minimal hesabla məğlub edərək, cari mövsümdə ikinci qələbəsini qazanan Kaxaber Sxadadzenin komandası bunun davamını gətirmək niyyətində idi. "Sumqayıt-Şəhər” geridə qalan həftədə "Qarabağ”la heç-heçə edərək, turun sensasiyasına imza atmışdı.
Lakin "bankirlər Sumqayıtda sensasiyaya imkan verməyib. İkinci hissədə 2 qol vurmağa müvəffəq olan "İnter" futbolçuları görüşdən qələbə ilə ayrılıb. Bununla da, aktivinə 3 xal yazdıran "İnter" turnir cədvəlində 4-cü pilləyə yüksəlib.
|