Unibank Premyer Liqasının 10-cu turunun son oyunları keçirildi. "Şəfa" stadionunda komandamız "Qəbələ"ni qəbul etdi. Qarşılaşmada qalib müəyyənləşmədi. Komandalar hərəyə bir qol vurdular-1:1
Xatırladaq ki, "İnter" növbəti oynunu səfərdə "Rəvan" komandasına qarşı keçirəcək. Matç "Dalğa Arena"da oktyabrın 30-da baş tutacaq. Kaxaber Tsxadadze
Premyer Liqanın X turu çərçivəsində öz meydanında "Qəbələ"ni qəbul edən "İnter" klubu rəqibi ilə sülh bağlayıb.
1:1 hesabı ilə başa çatan oyundan sonra "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze görüşlə bağlı fikirlərini böülüşüb:
"Toni Adams çox yaxşı komanda formalaşdırıb, "Qəbələ”nin özünəməxsus oyun tərzi var. Rəqibimiz həm fiziki, həm də taktiki cəhətdən güclü idi. Komandamız rəqiblə mübarizə apardı.
Oyuna yaxşı başladıq, hesabı açdıqdan sonra daha ehtiyatlı oynamağa başladıq. Oyunda uğurlu əvəzetmələr etdik. Fikrimcə, hesab oyuna görə oldu".
|