Son Azərbaycan çempionu "İnter" rusvayçı hesabla məğlub olub. bank klubu bu gün doğma "Şəfa" stdionunda AZAL-ın qonağı olub və 0:5 hesablı məğlubiyyətə üzülüb. İlk yarısı qolsuz bitən matçda hesabı 49-cu dəqiqədə Viktor İbekoyi açıb. 70-ci dəqiqədə isə biabırçılığa start verilib. Belə ki, 70-83-cü dəqiqərdə Qvidas Yuşka, Nuqzar Kvirtiya, Viktor İbekoyi və Vüsal Qarayev "İnter"in qapısına 5 qol vurublar. Bununla da çempion öz meydanında rusvay olub.
AZAL - İnter 5:0
AZAL: 12. Cahangir Həsənzadə, 2. Robert Petrov, 3. Usim Nduka, 5. Aqil Nəbiyev (k), 8. Eleandro Pema (10. Nuqzar Kvirtiya, 46), 9. Viktor İbekoyi, 11. Zohair Benouahi (19. Hüseyn Axundov, 87), 13. Draqan Mandiç, 14. Elvin Əliyev, 15. Qvidas Yuşka (17. Vüsal Qarayev, 78), 21. Mirko Bunyevçeviç. Ehtiyat oyunçular: 96. Elşən Poladov, 16. Samir Abdulov, 22. Anar Həsənov, 23. Pius İkediya. Baş məşqçi: Nazim Süleymanov. İnter: 72. Dmitri Kramarenko, 4. Danildo Assioli, 5. Jivko Jelev (77. Daniel Genov, 78), 6. Dmitri Kruqlov, 8. Aleksandr Çertoqanov, 13. Bronislav Çervenka (k) (35. Mario Souza, 58), 14. Petar Zlatinov, 18. İlya Kandelaki, 19. David Odikadze (32. Robertas Poşkus, 60), 20. Girts Karlsons, 21. Arif Daşdəmirov. Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 15. Vladimir Levin, 23. Şəhriyar Rəhimov, 12. Filip Despotovski. Baş məşqçi: Kaxaber Sxadadze. Qollar: Viktor İbekoyi, 49; 79. Qvidas Yuşka, 69. Nuqzar Kvirtiya, 76. Vüsal Qarayev, 82. Sarı vərəqələr: Jivko, Jelev, 72. Arif Daşdəmirov, 79. Aleksandr Çertoqanov, 84. Hakimlər: Fariz Yusifov, Elman Musayev, Aleksandr Musatkin, Alik Yunusov. AFFA nümayəndəsi: Əziz Əliyev. Hakim-inspektor: Asif Namazov.
|