"İnter”PİK-in rəhbərliyi daha 7 futbolçuyla yollarını ayırmaq barədə qərar qəbul edib. Qarşılıqlı razılaşmaya əsasən həmin futbolçularla müqavilənin müddəti uzadılmayacaq. Qeyd edək ki, həmin futbolçuların 6-sı-Tofiq Mikayılov, Səbuhi İsmayılov, Camal Məmmədov, Nizami Hacıyev, Jivko Jelev və Mario Souza icarəyə verilmişdilər. Çex futbolçusu Bronislav Çervenka da komandanı tərk edənlərin sırasındadır. "İnter”PİK-in rəhbərliyi komandanı tərk etmiş futbolçulara gələcək karyeralarında uğurlar arzulayır.
|