Transferin son günlərində AZAL-dan Enyo Krastovçev və "Xəzər Lənkəran"dan Dieqo Souzanı heyətinə qatan "İnter" daha bir futbolçu transfer edəcək.bank klubunun yeni oyunçusunun adı və hansı klubdan olduğu açıqlanmır. Bu barədə məlumat verən baş məşqçi Kaxaber Tsxadadze açıqlamasında yeni oyunçu alacaqlarını bildirib. Həmin futbolçunun adını açıqlamayan baş məşqçi onun hücumçu olduğunu deyib: "Biz daha bir futbolçuyla güclənmək istəyirik. Bununla bağlı sponsor və klub prezidentilə söhbət etmişik. Deyim ki, bu oyunçu hücum planında oynayır. Hazırda biz ondan cavab gözləyirik. Bu futbolçuyla bağlı vəziyyət yaxın günlərdə aydınlaşacaq. Qeyd edim ki, biz kim gəldi komandaya cəlb etmək istəmirik, məsələ futbolçuların sayında deyil, onların keyfiyyətindədi və "İnter"ə keçən futbolçu mütləq kifayət qədər yaxşı səviyyədə olmalıdı".
|