Mövsüm başa çatandan sonra heyətinin yarıdan çoxunu yola salan "İnter" transfer çalışmalarını davam etdirir. Azerisport.az xəbər verir ki, hələlik Samir Zərgərov və Xəyal Mustafayevlə müqavilə imzalayan "bankirlər" artıq üzünü xarici bazara tutmağa hazırlaşır. Belə ki, paytaxt klubunun rəhbərliyi hazırda Cənubi Amerikada futbolçu axtarışlarına başlayıb. Yeni mövsümdə "İnter”də portuqaliyalı futbolçu da görə bilərik.
Paytaxt klubu artıq gələn həftədən etibarən növbəti mövsümün hazırlıqlarına start verəcək ki, Bakıda təşkil olunacaq ilk toplanışa Portuqaliya və Braziliyadan ona yaxın futbolçunun baxışa gəlməsi gözlənilir. Onlar barədə yekun qərarı məşqçilər korpusu hərtərəfli yoxlamalardan sonra vermiş olacaq. azerisport.az
|