Premyer Liqanın paytaxt İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda "Neftçi" və "İnter" arasında baş tutub. Liderlər qrupunda qərarlaşmış komandaların dueli maraqlı mübarizəyə səhnə olub. Qarşılaşmaya "Neftçi" fəal başlasa da, tezliklə oyunda bərabərlik yaradan "İnter" 34-cü dəqiqədə hesabı açıb. Rəqibini əks-hücumda yaxalayan "bankirlər" Baçana Tsxzadadzenin qolu ilə hesabda önə keçirib. Kaxaber Tsxadadzenin oğlu Petar Zlatinovun ötürməsini qola çevirərək, atasını sevindirib. Bundan sonra irəli atılan "Neftçi" hesabı bərabərləşdirmək üçün bir neçə imkan qazansa da, matçın sonuna qədər rəqib qapısına yol tapa bilməyib. Onyunun son dəqiqələrində isə iki futbolçu qırmızı vərəqə alıb. Elçin Məmmədov 80-ci dəqiqədə "İnter"in ehtiyat oyunçular skamiyasına yaxınlaşaraq, az əvvəl meydanı tərk edən Samir Zərgərovu meydandan qovub. Referi bundan cəmi iki dəqiqə sonra isə Ruslan Abışova kobud oyuna görə birbaşa qırmızı vərəqə göstərib.
|