Bu gün Avropa Liqasının ilk təsnifat mərhələsinin oyunları keçirilib. "İnter" səfərdə Estoniyanın "Narva Trans" komandası ilə qarşılaşırdı. Qarşılaşma "İnter"in ərazi üstünlüyü şəraitində keçib və komandamız rəqibi üzərində 5:0 hesabı ilə böyükhesablı qələbə qazanıb. Komandamızın qollarını Baçana Tsxadadze(2),Asif Məmmədov,Georgi Adamiya və Nizami Hacıyev vurublar. Qeyd edək ki,bu komandalar arasında cavab görüşü iyul ayının 12-də "Dalğa Arena" stadionunda keçiriləcək.
|