"İnter" sifariş ərizəsini Peşəkar Futbol Liqasına təqdim edib.Bank klubu siyahısına 22 futbolçunun adını daxil edib."İnter"in sifariş ərizəsindəki futbolçulardan 9-u əcnəbi, 13-ü yerli oyunçulardı. Əcnəbi oyunçular komandanın 40 faizini təşkil edir ki, bu da ötən illərlə müqayisədə aşağı göstəricidi. Yeni futbolçulardan Rüstəm Abasov, Samir Zərgərov, Ruslan Poladov (Xəzər Lənkəran), Xəyal Mustafayev (Kəpəz), Nizami Haciyev və slovakiyalı Peter Çrappan sifariş edilib. Ötən mövsüm "Xəzər Lənkəran"dan icarəyə götürülən Asif Məmmədov transfer olunub. Bank klubu əvəzedici heyətdən 19 yaşlı qapıçı Anar Məmmədovu da sifariş edib Ən diqqətçəkən məqam isə Vladimir Levinlə bağlı olub. Komandada qalacağı deyilən kapitanın adı sifariş ərizəsinə salınmayıb.
№ | Adı, soyadı | Təvəllüdü | Ampluası | Vətəndaşlıq | № | 1 | Giorgi Lomaia | 08.08.1979 | qapıçı | Gürcüstan | 1 | 2 | Dmitri Kramarenko | 12.09.1974 | qapıçı | Azərbaycan | 72 | 3 | Səlahət Ağayev | 04.11.1991 | qapıçı | Azərbaycan | 90 | 4 | Anar Məhərrəmov | 12.02.1992 | qapıçı | Azərbaycan | 99 | 5 | Danildo Assioli | 30.03.1981 | müdafiəçi | Braziliya | 30 | 6 | Valeri Abramidze | 17.01.1980 | müdafiəçi | Rusiya | 44 | 7 | Arif Daşdəmirov | 10.02.1987 | müdafiəçi | Azərbaycan | 21 | 8 | İlia Kandelaki | 26.12.1981 | müdafiəçi | Gürcüstan | 18 | 9 | Ruslan Poladov | 30.11.1979 | müdafiəçi | Azərbaycan | 7 | 10 | Rüstəm Abasov | 07.08.1991 | müdafiəçi | Azərbaycan | 5 | 11 | Xəyal Mustafayev | 27.12.1980 | müdafiəçi | Azərbaycan | 2 | 12 | Peter Chrappan | 21.12.1984 | müdafiəçi | Slovakiya | 22 | 13 | Asif Məmmədov | 05.08.1986 | yarımmüdafiəçi | Azərbaycan | 11 | 14 | Asif Mirili | 10.12.1991 | yarımmüdafiəçi | Azərbaycan | 10 | 15 | Petar Zlatinov | 13.03.1981 | yarımmüdafiəçi | Bolqarıstan | 14 | 16 | Bronislav Çervenka | 27.09.1975 | yarımmüdafiəçi | Çexiya | 13 | 17 | Şəhriyar Rəhimov | 06.04.1989 | yarımmüdafiəçi | Azərbaycan | 23 | 18 | Samir Zərgərov | 29.08.1986 | yarımmüdafiəçi | Azərbaycan | 6 | 19 | Nizami Hacıyev | 08.02.1988 | yarımmüdafiəçi | Azərbaycan | 8 | 20 | Girts Karlsons | 07.06.1981 | hücumçu | Latviya | 20 | 21 | Baçana Sxadadze | 23.10.1987 | hücumçu | Gürcüstan | 28 | 22 | Elnur Abdulov | 18.09.1992 | hücumçu | Azərbaycan | 16 | Baş məşqçi: Kaxaber Sxadadze |
|