Bank klubu qışda 5 azərbaycanlı oyunçunu heyətinə qatacaq.Yarandığı gündən əsasən legionerlərə güvənən, "İnter" böyük dəyişikliklərə hazırlaşır.Əldə etdiyi məlumata görə, bank klubu tezliklə heyətindəki yerli futbolçuların sayını artırmağı planlaşdırır. "İnter"in dəyişikliklərə qış fasiləsində start verəcəyi deyilir. Belə ki, qış transfer pəncərəsi dövründə komandanın heyətinə 5 yerli futbolçu qatılacaq. "Bankirlər" artıq transfer etmək istədikləri futbolçuları da müəyyənləşdiriblər. Bu transferlər baş tutmasa, bank klubu həmin futbolçuları ən azı yaya qədər icarəyə götürmək niyyətindədi. Bununla da "İnter"dəki yerli futbolçu böhranı həll olunacaq.
|