Bu gün Azercell U-17 Liqasında son turun oyunları keçirildi. "İnter” "Şəfa” stadionunda "Neftçi”İSM komandasını qəbul etdi. Qarşılaşma 4:3 hesabıyla komandamızın xeyrinə başa çatdı. "İnter”in heyətində het-triklə Qurbanəli Əliyev fərqləndi, Rauf Əliyev də rəqibin qapısına yol tapdı. Qeyd edək ki, hələ mövsümün başa çatmasına bir tur qalmış "İnter” çempionluğunu rəsmiləşdirmişdi. Arif Əmirxanovun yetirmələri 26 qarşılaşmada 68 xal topladılar. Mənbə:İnter.az
|