"Çox maraqlı oyun oldu. "Neftçi” hücum etməyi sevən komandadı, heyətindəki futbolçular da buna imkan verir”. Agli-goylu.ucoz.net xəbər verir ki, bu sözləri "Neftçi” ilə oyundan sonra "İnter”in başt məşqçisi Kaxaber Tsxadadze deyib."Rəqib qısa ötürmələrlə qol vurmağa çaılışırdı amma ikinci hissədə bir qədər arxaya çəkildi. Hesab edirəm ki, ikinci hissədə üstünlük nisbətən bizim tərəfimizdə oldu. Sadəcə, oyunda son nöqtəni qoyan olmadı”, deyə gürcü çalışdırıcı əlavə edib.
|