Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək ənənvi "Birlik Kuboku"nun püşkatma mərasimi keçirilib.püşkatmada Azərbaycan çempionu "İnter"in də rəqibləri müəyyənləşib. Komandamız A qrupunda yer alıb və növbəti mərhələyə çıxmaq üçün Moldovanın "İskra-Stal", Tacikistanın "İstiqlal" və Qırğızıstanın "Neftçi" klubu ilə qarşılaşacaq. Qeyd edək ki, "Birlik Kuboku"na gələn il yanvarın 14-də start veriləcək. Turnir yanvarın 23-də başa çatacaq.
A Qrupu
1."İnter" (Bakı, Azərbaycan)
2."İskra-Stal" (Rıbnitsa, Moldova)
3."İstiqlal" (Düşənbə, Tacikistan)
4."Neftçi" (Koçkor-Ata, Qırğızıstan)
B Qrupu
1."Tobol" (Kustanay, Qazaxıstan)
2."Skonto" (Riqa, Latviya)
3."Mika" (İrəvan, Ermənistan)
4."Bunedkor" (Daşkənd, Özbəkistan)
C Qrupu
1."Zenit" (Sankt-Peterburq, Rusiya)
2."Nebitçi" (Balkanabad, Türkmənistan)
3."Şaxtyor" (Soliqorsk, Belarus)
4."Flora" (Tallin, Estoniya)
D Qrupu
1.Gənclərdən ibarət Rusiya milli komandası,
2."Dinamo" (Kiyev, Ukrayna)
3. XİK (Helsinki, Finlandiya)
4."Ekranas" (Panevejis, Litva)
|