Unibank Premyer Liqasının XVII-ci turunda "İnter” və "Azal” komandaları qarşılaşırdılar.”Qəbələ” və "Qarabağ” komandaları "MOİK” və "Simurq”u məğlub etdikləri üçün bu oyunda "İnter” komandasına üç xal hava-su kimi lazım idi.”Bankirlər”in start heyətində bəzi dəyişikliklər olmuşdu.Kaxaber Sxadadze Şəhriyar Rəhimova,Rövşən Əmiraslanova,Kaxaber Mjavanadzeyə və Girts Karlsonsa güvənib start hryətində meydana buraxmışdı.
Oyun "İnter” komandasının hücumları ilə başladı.Lakin ilk təhlükəli vəziyyəti "Azal” komandasının futbolçuları yaratdılar.Zoahir Benuahinin asmasından sonra Viktor İbekoi topa çata bilmədi və onun zərbəsi efektsiz alındı.Bu epizoddan sonra "bankirlər”ərazi üstünlüyünü tam ələ alıb ard-arda hücumlar təşkil etməyə başladılar.Qurulan hücumların birində Aqil Nəbiyev özünü qapıya gedən topun qarşısına atıb qola imkan vermədi.Bunun ardınca əlverişli vəziyyətdə olan Girts Karlsons topu düz Cahangir Həsənzadənin üstünə vurdu.Birinci hissənin axırında David Odikadze sağ cinahdan topa yiyələnib qapıya zərbə endirdi,lakin onun zərbəsindən sonra "Azal” komandasının qapışısı qapıya gedən topun qarşısını aldı.
Birinci hissə tam "İnter” komandasının üstünlüyü şəraitində keçdi.Mərkəzi keçə bilməyən "təyyarəçilər” 11 nəfərlə qapılarının toxunulmamazlığı barədə düşünürdülər.
İkinci hissəyə komandalar vəzetmədən çıxdılar və birinci hissədə ki,olduğu kimi yenə də "bankirlər” hücümda qol axtarışında,”təyyarəçilər”isə qol buraxmamaq üçün qapılarının qarşısına yığılmışdılar.”İnter” komandasının qurduqları hücüumlarından sonra top qapıya daxil olmaq istəmirdi.Və nəhayət "bankirlər”axtardıqları qolu oyunun 61-ci dəqiqəsində vurdular.”İnter” komandasının heyətində ən fəal olan Petar Zlatinovun zərbəsindən sonra top Cahangir Həsənzadənin qoruduğu qapıya daxil oldu (1:0).”Bankirlər”vurduqları qolun sevincini cəmi 10 dəqiqə yaşadılar. Buraxılan qol "Azal” komandasını irəli getməyə məcbur edirdi.”Təyyarəçilər”in nadir hücumların birində Nuqzar Kvirtiya sol cinahla irəliləyib "İnter” komandasının cərimə meydançasına asma etdi.Burada topa hamıdan tez çatan Qvidas Yuşka oldu və onun başla vurduğu zərbəsindən sonra hesab bərabərləşdi (1:1).
Qarşılaşmanın qalan 20 dəqiqəsini "İnter” komandasının futbolçuları hücumda keçirib bir neçə qol vəziyyətləri yaratsalar da qələbə qolunu vura bilmədilər və qarşılaşma 1:1 hesabı ilə nəticələndi.
_________________________________________________________________
Kaxaber Sxadadze: "Oyun boyu üstünlük bizdə oldu,yaxşı oyun göstərdik"
Unibank Premyer Liqasının XVII-ci turunda keçirilən "İnter"-"Azal" oyunundan sonra hər iki komandanın baş məşqçilərin iştrakı ilə mətbuat konfarnası təşkil edildi.mətbut konfransında hər iki komandanın baş məşqçilərinin səsləndirdikləri fikirləri təqdim edirik:
Nazim Suleymanov - "Azal" komandasının baş məşqçisi: "Hər iki komandanın futbolçuları gözəl oyun göstərdi, fikrimcə azarkeşlər də oyundan razı qaldı. Çoxlu qol epizodları yaratdıq, oyunun nəticəsi ədalətli oldu. Komandama sonadək mübarizə apardıqları üçün təşəkkür edirəm. "İnter"ə gələcək oyunlarda uğurlar arzu edirəm".
Kaxaber Sxadadze - "İnter" komandasının baş məşqçisi: "Nazim Süleymanovun gəlişindən sonra AZAL daha da yaxşı oyun göstərir, komanda çempionatın liderlərindən biridi. Oyun boyu üstünlük bizdə oldu, yaxşı oyun göstərdik. Futbolçularımı bu nəticəyə görə qınaya bilmərəm. Komandamız hər oyunu belə oynasa, yaxşı nəticə əldə edəcəyik. Ümid edirəm ki, qışda heyətimizi daha da gücləndirib, mükafatçılar sırasına düşmək uğrunda mübarizəni davam etdirəcəyik".
|