Главная » 2011 » İyul » 29 » İnter Avstriya klubuna divan tutdu və hazırlığı başa vurdu.
19:08
İnter Avstriya klubuna divan tutdu və hazırlığı başa vurdu.
Sloveniyada növbəti mövsümə hazırlığını davam etdirən "İnter" iyulun 28-də son səhər məşqinə çıxdı. Son toplanış günü komandamız Avstriyanın ikinci diviziya təmsilçisi "Aufstellung VCV" komandasıyla yoxlama görüşü keçirdi. Əsasən gənc heyətlə meydana çıxan "İnter" 4:2 hesabıyla qalib gəldi. "İnter"in qollarını Nizami Hacıyev, Şəhriyar Rəhimov və Asif Mirili vurdular. Komandamızın 4-cü qolu avroqol olaraq qeydə alındı. Rəqib komandasa hər iki qolu penaltidən vurdu.
Beləliklə, təlim-məşq toplanışı cərçivəsində "İnter" 4 yoxlama görüşü keçirdi. Türkiyə Super Liqasının təmsilçiləri "Bursaspor" və "Antalyaspor" komandalarıyla qarşılaşmalarda müvafiq olaraq 3:0 və 1:1 hesablarıyla meydandan ayrılan komandamız İngiltərə Premyer Liqasının debütantı "Suonsi Siti" komandasına 3:1 hesabıyla məğlub oldu.