Главная » 2012 » Yanvar » 3 » İnter “Antalya Trofi” adlı turnirdə iştirak edəcək.
20:13
İnter “Antalya Trofi” adlı turnirdə iştirak edəcək.
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək "İnter” beynəlxalq turnirə qatılacaq.Bank klubu "Antalya Trofi” adlı turnirdə iştirak edəcək.Yarışa 6 komanda qatılacaq. Turnir yanvarın 28-də başlayacaq və fevralın 2-də başa çatacaq. Komandalar 2 qrupa ayrılacaq və hər qrupda 3 komanda mübarizə aparacaq.
"İnter” Avstriyanın "Şturm” və Rumıniyanın "Universitatea” (Kluj) klubları ilə eyni qrupda yer alıb. Digər qrupda isə Rumıniyanın "Vitorul”, Xorvatiyanın "Split” və Ukraynanın "Vorskla” klubları çıxış edəcək.
Bakı klubu ilk oyununu yanvarın 28-də "Şturm”la keçirəcək və iki gün sonra rumınlarla qarşılaşacaq. Fevralın 2-də isə 1-ci, 3-cü və 5-ci yerlər uğrunda oyunlar baş tutacaq.