Главная » 2012 » Yanvar » 4 » “İnter” alman, qazax və bolqarlarla görüşəcək
18:23
“İnter” alman, qazax və bolqarlarla görüşəcək
"İnter”in Antalyada keçirəcəyi təlim-məşq toplanışı zamanı qarşılaşacağı komandaların adları məlum oldu. Yanvarın 14-də Antalyaya yollanacaq komandamız növbəti gün məşqlərə başlayacaq. Ayın 19-da "İnter” Almaniyanın "Karlsrue” komandasıyla yoldaşlıq oyunu keçirəcək. Yanvarın 25-də Qazaxıstanın "Atırau” komandasıyla qarşılaşacaq "İnter” yoxlama oyunlarını fevralın 4-də Bolqarıstan Çempionatının lideri olan "Ludqorets” komandasıyla keçirəcəyi matçla yekunlaşdıracaq. Əlavə edək ki, bu matçlardan başqa "İnter” daha 3 yoldaşlıq oyunu keçirəcək. Rəqiblərin adları yaxın zamanlarda məlum olacaq.