Bakının "İnter” klubu Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında növbəti oyununu keçirib.Bakılılar Albaniyanın "Besa” klubu ilə qarşılaşıblar. Kaxaber Sxadadzenin yetirmələri 2011-ci ildəki ilk məğlubiyyətlərini bu matçda alıblar – 2:3.
"İnter"in növbəti rəqibi Türkiyənin Super Liqa təmsilçisi "Karadəmir Karabükspor" klubu olub. "Bankirlər" bu dəfə qələbə qazana biliblər. "İnter"in qoluna Rövşən Əmiraslanovdan əla ötürmə alan Bronislav Çervenka imza atıb Qeyd edək ki, "İnter" ötən il "Karabüksporla" yoldaşlıq matçı keçirmiş və oyun 1:2 hesabıyla məğlub olmuşdu.
Paytaxt təmsilçisinin qollarına Baçana Sxadadze və Daniel Genov imza atıblar. Qeyd edək ki, "bankirlər” bunadək yerli "Manisaspor”la (1:1) və Qazaxıstan "Taraz”ı (2:1) ilə qarşılaşmışdılar.
|